İdman 19:45 15.10.2013

Onlar dünya çempionatına gedə bilməyəcək


Bu gün DÇ-2014-ün seçmə mərhələsinin son oyunları keçiriləcək.

Qaynar.info-nun
qol.az-a istinadən verdiyi məlumata görə, baş tutan qarşılaşmalarla Braziliyaya gedəcək, və pley-offda oynayacaq yığmaların adı məlum olacaq.

Turnir cədvəlinə baxdıqda  isə bəzi ulduz futbolçuların Dünya çempionatında iştirak etməyə biləcəyini görə bilərik.

Belə ki, hazırda pley-offda oynamaq şansı qazanan və ya yaxın olan millilər Xorvatiya, Portuqaliya, İsveç, Yunanıstan, Ukrayna, Türkiyə, Franda və Bolqarıstandır.

Bu yığmalardan Portuqaliyanın pley-offda Fransa ilə qarşılacağı gözlənilir. Bu isə o deməkdir ki, Ronaldo və Riberi kimi ulduzlarından yalnız biri Braziliya gedəcək.

Türkiyədə Arda Turan, İsveçdən Zlatan İbrahimoviç, Xorvaxtiyadan isə Luka Modriç də dünya çempionatında forma geyməyə bilər.

Cənubi Amerikadan isə Uruqvay son oyununda uduzarsa, Suarez və Muslera kimi oyunçular  çempionatı yalnız izləməklə kifayətlənəcəklər.

Qaynar.info