Dünya 10:29 16.02.2013

Onları qadınlar durduracaq!

2014-cü ildə koalisiya qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstan ordusu Talibana qarşı hərbi əməliyyatlar aparmaq üçün qadın əsgərlər hazırlayır.

Qaynar.info-nun məlumatına görə, buna səbəb kimi koalisiya qüvvələrinin əsgərlərinin yeril əhalinin evlərinə icazəsiz girərək, axtarış aparması göstərilir. Bu da əfqan xalqı tərəfindən elə də yaxşı hal sayılmadığına görə, bu iş yerli qadın əsgərlərə tapşırılacaq.

Hazırda əfqan və amerikalı qüvvələr tərəfindən keçirilən əməliyyatlarda ölkədəki qadın əsgərlərin varlığı böyük önəm daşıyır. Qadınların da kişilər kimi işləmək hüququ var. Bundan başqa qadınların da kişilərdə olduğu kimi işləmək qabiliyyətinin olduğunu düşünürəm. Ancaq bunu qardaşları ilə çiyin-çiyinə verərək güc və cəsarət göstərərək edə bilərlər" deyə koalisiya qüvvələrinin komandanlarından biri deyib.

Bir müddət əvvəl ABŞ prezidenti xalqa müraciətində 1 il ərzində 34 min Amerika əsgərinin Əfqanıstandan çıxarılacağını bildirmişdi.  


Qaynar.info