Ekonomiks 22:10 06.12.2018

OPEC neft hasilatını azaltmağa razılaşdı

Vyanada keçirilən OPEC görüşündə neftin hasilatını azaltmaq barədə ilkin razılaşma əldə olunub.

Amma ixtisarın həcmi barədə qərar qəbul olunmayıb.

Kartel üzvləri təşkilata daxil olmayan Rusiya kimi iri neft ixracatçılarının reaksiyasını gözləyirlər, Reuters agentliyi bildirir.

Oktyabr ayından bəri neft bazarlarında təqribən 30 faizlik ucuzlaşma müşahidə olunur.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump neft qiymətlərinin aşağı səviyyədə qalması üçün OPEC ölkələrini hasilatı ixtisar etməməyə səsləyib.

Səudiyyənin energetika naziri yekun qərarın cümə günü gözləndiyini deyib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!