Ekonomiks 19:25 07.12.2018

OPEK-dən yeni qərar: istehsal azaldılır

Neft İxracat edən Ölkələr Təşkilatı (OPEC) OPEC+ formatı çərçivəsində gündəlik neft hasilatını, təqribən, 800 min barel azaltmağa hazırdır.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, təşkilatdakı mənbələrə görə, OPEC həmçinin qeyri-OPEC ölkələrinə də gündəlik hasilatı, təqribən, 400 min barel azaltmağı təklif edir.

Mənbə həmçinin Vyana sazişinə dair ümumi görüş keçirilməsinin də zəruri olduğunu qeyd edib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!