Ölkə 01:31 12.12.2012

Oqtay Əsədov gileyləndi

Oqtay Əsədov xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin hakimiyyət orqanlarında təmsilçiliyinə xüsusi diqqət yetirilməsinə çağırıb



Moderator.az-ın xəbərinə görə bunu spiker Oqtay Əsədov söyləyib: “28 erməni Rumıniya parlamentinə üzv seçilib. Bizimkilərbir-birinə dəstək vermir. Sankt-Peterburqda 350 min azərbaycanlıyaşayır, Ukraynada 500 min – anacaq bir deputatımızda yoxdur. Rusiyada da milyonlarla soydaşımız yaşasa da demək olar ki, heç bir deputatımız yoxdur. Biz bu məsələrədiqqət yetirməliyik”.

Deputat, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Gürcüstanazərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiya etməli olduğunuvurğulayıb: “Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsi, alitəhsil alması vacibdir. Biz birinci vitse-spiker Ziyafət Əsgərovla dəfələrlə bu ölkənin prezidenti, baş naziri və parlament sədri ilə görüşərək orada yaşayan soydaşlarımızın işsizlik problemini qaldırmışıq. Deyirlər ki, kadr gətirin və soruşurlar ki, gürcü dilinibilir? Bəlli olur ki, bilmir. Bəs ali təhsili harada alıb? Elşad Abdullayevin universitetində.Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiyaolunmalıdırlar”.