Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev öz "Facebook” hesabında məlumat verib.

"Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə o qeyd edib.

Qeyd edək ki, O.Gülalıyev Türkiyənin "Avrasiya” Klinikasında müalicə olunurdu. 

O, oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.
XƏBƏRLƏR
BLOGLAR