Dünya 14:02 04.08.2013

Ordu generalına sui-qəsd - TERROR

İraqda terrorçular general-leytenant Əbdüləmir əl Zaidiyə uğursuz sui-qəsd törədiblər.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğunun işə salınması nəticəsində generalı müşayiət edən 9 hərbçi həlak olub.  

 İnsident Bağdadın şimalındakı Diyala əyalətində “Əl Qaidə” terrorçularına qarşı həyata keçirilən əməliyyat zamanı baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir. 

Qaynar.info