İraqda terrorçular general-leytenant Əbdüləmir əl Zaidiyə uğursuz sui-qəsd törədiblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğunun işə salınması nəticəsində generalı müşayiət edən 9 hərbçi həlak olub.
İnsident Bağdadın şimalındakı Diyala əyalətində “Əl Qaidə” terrorçularına qarşı həyata keçirilən əməliyyat zamanı baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Qaynar.info
Şərhlər