Dünya 15:14 05.10.2018

Orduda QİÇS əleyhinə təbliğat: "Qorunmayan əsgər ölkəsini qoruya bilməz"

Uqanda ordusunda geniş yayılan QİÇS xəstəliyinin qarşısını almaq üçün maraqlı təbliğat kampaniyası həyata keçirilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ordu "Ulinzi" adlı öz prezervativ markasını təqdim edib. Mərasimdə çıxış edən komandir Briq Kyanda "Qorunmayan əsgər öz ölkəsini qoruya bilməz" fikrini səsləndirib və bu ifadə prezervativlərin təbliğat şüarına çevrilib.

Məsələ ilə bağlı Uqanda Səhiyyə Nazirliyi prezervativ koordinatoru Kibiriqe açıqlama verib. O, bu yolla xəstəliyin geniş yayılmasının qarşısını alacaqlarını bildirib.

Qeyd edək ki, Uqandada ölkə əhalisinin 6%-i QİÇS xəstəliyindən əziyyət çəkir. 1999-cu ildə 74 min nəfər bu virusa görə dünyasını dəyişib. Daha sonra ölüm sayında azalma olsa də, hələ də yüksək səviyyədə hesab edilir. Ölümlərin sayında müşahidə edilən azalma kütləvi şəkildə pulsuz paylanılan "antiretroviral" dərmanlarına görədir.

Gülşən