Ölkə 18:53 21.02.2018

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopteri ələ keçirib (FOTO)

Bu gün cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.