Foto 13:43 24.06.2018

Ordumuz parada hazırlaşır: Zirehli texnika Bakı küçələrində (FOTOLAR)

Paytaxtın Azadlıq meydanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı iyunun 26-da təşkil olunacaq hərbi parada son hazırlıq işləri görülür. 

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, hazırda Azadlıq meydanında ümumqoşun hissələrinin zirehli, özüyeriyən tırtıllı texnikaları cəmləşib. Haron, dron və bir sıra pilotsuz uçuş aparatları sıra ilə Azadlıq meydanında cəmləşib. Texnikaların parada qədər son texniki baxışı həyata keçirilir.

Hərbçilər, qoşun növlərinin şəxsi heyəti sıra keçidi ilə bağlı son məşqlərini edirlər.

Tankların və zirehli transportyorların düzülüşü sadə vətəndaşların da diqqətinə səbəb olub.

Azadlıq meydanı yol boyu 100 illiyin posterləri ilə bəzədilib. Ali baş komandanın paradı izləyəcəyi ali kürsü də Dövlət bayraqları və silahlı qüvvələrinin atributları ilə bəzədilib.