Xəbər lenti

Orta ömür uzunluğunun ən aşağı olduğu Avropa ölkəsi açıqlandı
Dünya 20:28 22.05.2024

Orta ömür uzunluğunun ən aşağı olduğu Avropa ölkəsi açıqlandı

Almaniyada gözlənilən ömür uzunluğu Qərbi Avropada ən aşağı göstəricidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Eurostat" məlumat yayıb. 

Onun hesablamalarına görə, Almaniyada orta ömür uzunluğu 81,2 ildir. Bu, Qərbi Avropa və Skandinaviyanın bütün digər ölkələrindən azdır. Bu göstərici yalnız keçmiş sosialist düşərgə ölkələrində daha da aşağıdır.

Almaniya hakimiyyətinin məlumatına görə, hazırda Almaniya yaşayış səviyyəsinə görə Qərbi Avropanın orta göstəricisindən 1,7 il geri qalır. 25 il əccəl bu göstərici 0,7 il idi.

Həkimlərin fikrincə, Almaniyada erkən ölüm hallarının əsas səbəbi ürək-damar xəstəlikləridir. Bu, ölkədə siqaret və alkoqol istehlakının yüksək səviyyədə olması, eləcə də kifayət qədər sağlam qidalanmama ilə əlaqədardır.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->