Ölkə 09:29 23.04.2018

“Orta ümumtəhsil müəssisələri haqqında” qanun hazırlanır

"Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun may ayında yaradılması nəzərdə tutulur.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu  Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, "Peşə təhsili haqqında” qanun layihəsi III oxunuş üçün müzakirələrdən keçdikdən sonra "Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi üzərində işin aparılması nəzərdə tutulur:

"Yəqin ki, may ayında "Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq və bu sahə üzrə dünya təcrübəsi öyrəniləcək”.