Ölkə 09:33 21.01.2013

Oğru aləmi “Ded Xasan”la vidalaşdı

Bir neçə gün əvvəl qətlə yetirilən kriminal avtoritet, cinayətkar aləmdə “Ded Xasan” ləqəbi ilə tanınan Aslan Usoyan Moskvada Xovansk məzarlığında dəfn olunub.

Onun dəfn mərasiminə yüzlərlə insan qatılıb. Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, məzarlığın ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.


Media nümayəndələrinin mərasimi işaqılandırmasına imkan verilməsə də, artıq bəzi kadrlar yayılıb. Xatırladaq ki, “Ded Xasan”ın cənazəsi dəfn olunmaq üçün Gürcüstana aparılsa da, rəsmi Tiflis buna icazə verməmişdi.

ANS PRESS