Dünya 09:36 20.04.2013

Oğrunun başına gəlməyən qalmadı - FOTOLAR



Türkiyədə qaçırdığı avtomobillə əvvəl dərəyə aşan oğru daha sonra dırmaşıdığı təpədən yuvarlanaraq ağacdan asılı qaldı. Hadisə ötən gün Muğla vilayətinin Marmaris rayonunda meydana gəlib. Məlumata görə, rayon sakini 21 yaşlı Kadir Takılıoğlu açarı üstündə olan avtomobili qaçırıb. Bu vaxt avtomobilinin baqajından işlədiyi mağazaya yük daşıyan maşının sahibi oğurluq barədə polisə məlumat verib.

Polisin təqibə başlaması ilə sürəti artıran Takılıoğlu sərt döngədə manevr edə bilməyərək avtomobili 30 metrlik dərəyə aşırıb. Qəza nəticəsində avtomobil istifadəyə yararsız hala düşsə də xəsarət almayan oğru maşından çıxaraq qaçmağa başlayıb. Daha sonra Takılıoğlu polisin əlinə düşməmək üçün dənizə tullanıb və sahilə paralel təxminən 100 metr üzüb. Qayalıq bir ərazidə dənizdən çıxan oğru 40 metrlik uçuruma dırmaşmağa başlayıb. Burda müvazinətini itirərək yıxılan oğru ilişdiyi ağacda asılı qalıb.

Qeyd edək ki, xilas edilərək xəstəxanaya çatdırılan Takılıoğlu ambulator müayinədən sonra polis bölməsinə aparılıb. Bölmədə sənədi olmadığını bildirən Kadir Takılıoğlu qardaşına aid şəxsiyyət vəsiqəsinin qeydiyyat nömrəsini deyib. Barəsinə polis tərəfindən axtarış qərarı olan Takılıoğlunun oğurluğa görə 82 dəfə axtarışda olduğu aşkarlanıb. Məhkəməyə göndərilən şübhəli həbs olunub.

ANS Press