İdman 11:18 13.12.2017

Orxan Hüseynzadə komitə sədri oldu

AFFA Klublar Komitəsinin yeni sədri müəyyənləşib. Qaynarinfo xəbər verir ki, "Neftçi"nin prezidenti Orxan Hüseynzadə komitənin prezidenti seçilib.

O, bu postda "Sumqayıt"ın prezidenti Kamran Quliyevi əvəzləyib. Orxan Hüseynzadə 7 səs toplayıb və qarşıdakı bir ildə komitə rəhbəri olacaq.

İndiyədək Klublar Komitəsinə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov və "Sumqayıt"ın prezidenti Kamran Quliyev başçılıq edib.