Foto 11:38 24.05.2018

Orxan Pamukun İstanbulu: Eyvandan çəkilən 8000 foto

Məşhur türk yazar, Nobel mükafatı laureatı Orxan Pamuk bu dəfə çəkdiyi fotolarla yenilik edib. Belə ki yazıçı Cihangirdəki evinin balkonundan İstanbul və Boğazın 8000 şəklini çəkib. Bu şəkilləri ilk dəfə Almanyanın "Süddeutsche Zeitung” qəzeti ilə paylaşan Pamuk yaxın zamanda bu şəkillərdən ibarət bir albomun nəşr olunacağını açıqlayıb. 

Orxan Pamuk bu layihəyə 2012-ci ilin dekabr ayından başladığını bildirib. O, evinin balkonundan dörd ay boyunca fasiləsiz şəkil çəkib. Təxmini hesablamalara görə 2013-cü ilin aprel ayına qədər o, hər yeddi dəqiqədən bir şəkil çəkib. Yazıçı bütün bu şəkilləri hard diskin yaddaşında saxladığını və özüylə daşımaqdan zövq aldığını deyib. 

Pamukun naşiri Gerhard Steidl bu şəkilləri albom şəklində çıxarmağı təklif edib. Yaxın günlərdə "Pamukun Balkonundan İstanbul və Boğaz” adlı albom oxuculara təqdim olunacaq. Bu albomda yer alan bir neçə şəkili sizinlə paylaşırıq (artkaspi).