Dünya 21:18 16.10.2013

Orxan Zeynalov danışdı: "Öldürmək istəmirdim" - VİDEO


Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalovun istintaqa verdiyi ilk ifadənin videogörüntüləri yayılıb.

APA-nın verdiyi məlumata görə, O. Zeynalov bu qətli özünü müdafiə etmək üçün törətdiyini söyləyib:
 
“Mən özümü müdafiə eləmişəm. Bıçaqla vurdum ona. Öldürmək istəmirdim. Üç nəfər idik. Bir qız, o və mən. Bıçaq mənim arxa cibimdə idi”.
 
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Orxan Zeynalovun rus dilində ifadə verməkdən imtina etməsi barədə məlumat yayıb.

Qaynar.info