Ölkə 11:11 17.10.2013

Orxan Zeynalov günahsızdır? - ŞOK KADRLAR

Telekanalların yaydığı görüntülərin montaj olduğu ortaya çıxdı!!!

Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı maraqlı məqam ortaya çıxıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, O.Zeynalovun qətldə iştirakını "sübut edən" kamera görüntülərinin montaj olduğu ortaya çıxıb. "Youtube"-da yerləşdirilən bir videoda bir neçə kameradan əldə edildiyi iddia olunan və telekanallarda göstərilən görüntülərin montaj olduğu aydın şəkildə sübut edilir. Həm də aydın olur ki, bu görüntülər heç də statik müşahidə kamerasından deyil, adi kameradan və operator vasitəsi ilə lentə alınıb. Daha sonra bu kadrlar O.Zeynalovun qızla birgə göründüyü səhnəyə montaj edilib. Bu iddianın doğruluğu aydın olarsa, Rusiya hökümətinin son günlərdə qurduğu şou iflasa uğramış olar.

O ki, qaldı O.Zeynalovun ilkin istintaqda "günahını" etiraf etməsi, bu məqamı da şübhə altına almağa yetərincə əsas var. Belə ki, hələ həbs olunarkən necə işgəncəyə məruz qaldığı ilə bağlı görüntülər ortada ikən, onun istintaqda fiziki təzyiq altında olmadığını iddia etmək sadəlövhlük olardı.

Qaynar.info