Foto 13:50 21.08.2019

Orxanın təhsil haqqı ödənildi (FOTO)

Ötən gün aktrisa Mehin Hümbətova atasının təhsil almağına mane olduğu tələbə Orxan Bağızadənin təhsil haqqını öz üzərinə götürmüşdü.

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün Orxanın qəbul olduğu Azərbaycan Dillər Universitetinə gələrək, onun illiyi 1000 manat olan təhsil haqqını ödəyib.

Qeyd edək ki, tərcümə (rus-fransız) fakültəsinə qəbul olan Orxan Bağızadə üç gündür sosial medianın diqqət mərkəzindədir.