Ölkə 15:43 16.10.2013

Orxanın valideynləri ruslardan üzr istədi - VİDEO

Rusiyada həbs olunan Orxan Zeynalovun valideynləri bütün Rusiyadan, o cümlədən Yeqor Şerbakovun qohumlarından üzr istəyiblər.

 "Qafqazinfo” xəbər verir ki, Orxanın atası Zahid Zeynalov Rusiyanın "NTV” kanalına müsahibəsində oğlunun etdiklərinə görə üzr istəyib və baş verənlərdən təəssüfləndiyini deyib.

Zahid Zeynalovun sözlərinə görə, oğlu Orxan Rusiyaya qardaşı və iki bacısına kömək etmək üçün gedib. Oğlunun 3 il əvvəl Moskvaya gəldiyini və ticarətlə məşğul olduğunu deyən atası vətənində belə bir imkanı olmadığını bildirib.

Qaynar.info