Foto 19:15 20.11.2018

“Oryol i Reşka”nın Azərbaycan haqqında yeni buraxılışı (VİDEO)

Rusiyanın "Pyatniça” telekanalında yayımlanan "Oryol i Reşka” proqramı Azərbaycan barədə növbəti proqram hazırlayıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, verilişin aparıcıları Nastya İvleyeva və Yevsey Kovalev bu dəfə təkcə Bakını deyil, həm də regionları gəziblər.

Limitsiz qızıl kartla səyahət edən Nastya Bakının ən bahalı hotel və restoranlarında gəzməklə yanaşı, Qobustana və palçıq vulkanlarına səyahət edib.

Yevsey isə Bakıda "Kubinka” məhəlləsi ilə tanış olub, daha sonra isə Lahıcı gəzib.

Hər iki aparıcı Azərbaycanın füsunkar gözəlliyinə heyran olduqlarını dəfələrlə dilə gətiriblər. Ən önəmlisi isə, bu proqramda onlar Azərbaycanın turizm potensialından danışaraq, 100 dollarla Azərbaycanda iki gün turist kimi rahatlıqla yaşamağın asan olduğunu vurğulayıblar.