Foto 11:47 04.02.2019

Osmanlı nəvəsi El Salvadora rəhbərlik edəcək (FOTOLAR)

Mərkəzi Amerika ölkəsin El Salvadorda Osmanlı nəvəsi kimi tanınan Nayib Bukele ölkə prezidenti seçilmək üzrədir.

Qaynarinfo xəbər verir ki, sağ cinahı təmsil edən Milli Birlik İttifaqının namizədi Bukele keçirilən seçkilərdə səslərin 25,5%-ni yəni 360 626 səsə sahib çıxıb. Onun 10 martda keçiriləcək 2-ci turda ölkə rəhbəri seçilməsi gözlənilir. Nayib Bukelenin ən yaxın rəqibi Karlos Kallexa 222 386 səsə sahib çıxıb. 

Qeyd edək ki, 24 iyul 1981-ci ildə doğulan Nayib Bukele Olqa və Armando Bukelenin oğludur. Bukele ailəsinin nümayəndələri Fələstindən Osmanlı pasportu ilə Mərkəzi Amerikaya köçüb. 

Nayib Bukele tərəfdarlarının bir qismi onun etnik mənsubiyyətinə görə seçkilərə ərəb geyimində gəliblər.

Gülşən