Sağlamlıq 17:54 14.09.2017

Oturaq həyat keçirən insanlar sağlamlığını necə qoruya bilər?

Oturaq həyat tərzinin insan sağlamlığı üçün zərərli olduğunu bilirik. Ancaq bəzilərimizin seçimi olmur. Çünki iş şəraiti bizdən bunu tələb edir. 

“Qaynarinfo” xəbər verir ki, oturaq həyat tərzinin zərərlərini azaldacaq üsullar mövcuddur. Amerikanın Kolumbiya Universitetinin mütəxəssisləri insanın davamlı oturmasının yox, eyni yerdə və vəziyyətdə davamlı oturmasının zərərli olduğunu müəyyən ediblər. Məsələn, əgər siz oturduğunuz yerdən zamanla qalxıb vəziyyətinizi dəyişirsinizsə, bir neçə dəqiqə hərəkət edirsinizsə, bu sizin ölüm riskinizi aşağı salır.

Belə ki, təxminən 800 nəfər 45 yaşdan böyük könüllülər arasında təcrübə aparıblar. Təcrübədən əvvəl könüllülərin aktivliyi və sağlamlığı yoxlanılıb. Könüllülərin 77% 12 saat oturaq həyat tərzi keçirən insanlar olub. 4 il sonra iştirakçıların 340-ı dünyasını dəyişib. 

Digərləri isə arada 1-2 saat fasilə verməklə gün ərzində 13 saat oturur. Nəticənin maraqlı tərəfi orasıdır ki, oturaq həyat keçirərək 1-2 saat arada fasilə verən insanlar, aktiv həyat tərzi keçirənlərdən daha çox yaşayır. 

Hələ bunun səbəbini aydınlaşdırmaq mümkün olmasa da, mütəxəssislər arada fasilə verməklə oturaq iş şəraitini məsləhət görürlər. Daha dəqiq desək, uzun yaşamaq istəyirsinizsə, eyni yerdə yarım saatdan artıq oturmayın. 

Nərmin Həsənli

Qaynarinfo.Az