Sənət 21:51 15.08.2014

Oğurlanmış avtomobili “Kurtlar Vadisi”ndə tapdılar - VİDEO

Türkiyədə bir ailə 13 il əvvəl oğurlanan avtomobillərini “Kurtlar Vadisi” serialında görüb.


Axar.az xəbər verir ki, təsadüfən seriala baxan ailə oğurlanmış avtomobillərini tanıyıblar.


Qeyd edək ki, Fikri Yılmaz adlı vətəndaşa məxsus olan avtomobil düz 13 il avtomobil dayanacağında qalıb. Bundan sonra polisə şikayət edən ailə öz avtomobilinə qovuşub. Amma...


Ən maraqlısı budur ki, avtomobilinə qovuşan ailə axıra kimi sevinə bilməyib. Belə ki, avtomobilin 13 il dayanacaqda qaldığına görə 47 min türk lirəsi (təxminən 25 min manat) tələb olunub.


Qaynar.info