Ekonomiks 09:53 28.10.2014

Çoxlu telefon gəzdirməyə son – YENİLİK

Gün keçdikcə Sim kart tələb etməyən texnologiyalara daha çox yaxınlaşırıq. Bəlkə də çox qısa müddətdən sonra, artıq bazara çıxan telefonlarda Sim kart yuvası belə olmayacaq. Ancaq, keçmişi də unutmamaq lazımdır. Hətta bu gün yanında iki və daha çox telefon götürən şəxslərə də rast gəlirik. Artıq iki Sim kartlı telefonlar da günümüzün reallığıdır.

Mərkəzi İngiltərədə olan Swytch adlı şirkətin bazara yeni çıxaracağı tətbiqin məqsədi isə ağıllı telefonunuzda fərqli xətləri birləşdirməkdir. Aprel ayında yaradılan şirkət, tək Sim kart vasitəsilə çoxlu nömrələri istifadə etməyinizi təmin edən tətbiqi bazara çıxarmağa hazrılaşır.

Swytch, bulud əsaslı çalışan tətbiqdir və birdən çox xətti olan istifadəçiləri bundan sonra telefon dəyişdirmək, birdən çox telefon götürmək və ya Sim kartları dəyişdirmək kimi probelmlərdən qurtarmağı hədəfləyir.

Tətbiq, ağıllı telefonun ən əsas funksiyası olan zəng etməyi idarə edir və birinə zəng edərkən bunu hansı xəttinizlə etmək istədiyinizi soruşur.

Swytchin paylaşdığı məlumatlara görə, tətbiq demək olar ki, hazırdır və şirkət hazırda beta versiyanı yekunlaşdırmaqdadır. Son olaraq, qeyd edək ki, Swytch İOS və Android platformaları üçün nəzərdə tutulub.

Texnobaz.com