Dünya 23:14 04.11.2017

Ozon dəliyi kiçilir

NASA Antarktika üzərindəki Ozon dəliyinin kiçilməsi barədə məlumat yayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dəlik ötən illə müqayisədə 3 milyon 400 min kvadrat metr, 2015-ci illə müqayisədə isə 8 milyon 500 min kvadrat metr kiçilib. Ultrabənövşəyi şüalara qarşı qalxan rolunu yerinə yetirən Ozon təbəqəsindəki dəliyin ölçüsü yaz ayında artır, lakin sentyabrdan etibarən sürətlə kiçilməyə başlayıb. 

NASA Goddard Kosmik Uçuş Mərkəzinin nümayəndəsi Paul Nyuman bildirib ki, atmosferin üst təbəqələrində ortaya çıxan fırtınalı vəziyyət havanın isinməsinə səbəb olur, nəticədə xlor və brom Ozon təbəqəsinin əriməsinin qarşısını alır. Nyuman prosesin geriləməsinin təbii prosesin nəticəsi olduğunu vurğulasa da, qeyd edib ki, 1987-ci ildə qəbul edilmiş Montreal protokolunun da təsiri var. Protokola əsasən Ozonun məhvinə səbəb olan bəzi kimyəvi maddələrdən istifadə qadağan edilib. 

Qeyd edək ki, təbəqə ultrabənövşəyi şüaların atmosferə daxil olmasını kəskin azaldır və insanların dəri xərçənginə tutulmasının qarşısını alır.

Gülşən
Qaynarinfo.Az