Dünya 20:16 09.12.2018

Pablo Eskobarın dostu həbsdən qaçdı

"Saman papaq" ləqəbli narkotik alverçisi Xorxe Roka Suarez səhhətində yaranmış problemə görə aparıldığı xəstəxanadan qaçıb.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, o, məşhur Medellin kartelinin lideri olmuş, məşhur narkobaron Pablo Eskobarın müttəfiqi olub.

ABŞ-da 35 il həbs cəzası çəkdikdən sonra bu il Boliviyaya transfer edilən Suarezə daha 15 il həbs cəzası veriləcəkdi.

Xüsusi Cinayətkarlığa Qarşı Mübarizə Qərargahının müdir köməkçisi Fernando Roxasın sözlərinə görə, məhkəmə polis nəzarəti altında onun La Paz şəhərindəki xəstəxanada 10 gün müalicə almasına icazə vermişdi.

"Təəssüf ki, dünən gecə xəstəxanadan qaçıb və harada olduğu bilinmir", - deyə Roxes bildirib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!