Dünya 18:11 24.09.2013

Pakistanda güclü zəlzələ


Pakistanın cənub-şərqindəki Bəlucistan bölgəsində güclü zəlzələ qeydə alınıb.
Anspress-in "CNNTürk"ə istinadla verdiyi məlumata görə, ABŞ Geoloji Araşdırmalar Təşkilatı (USGS)
yeraltı təkanların gücü 7,8 bal olduğunu açıqlayıb. Zəlzələ Belucistan və Heydərabad daxil olmaqla ölkənin başqa bölgələrində, eləcə də Hindistanda da hiss edilib. Yerli telekanallar təkanların iki dəqiqəyə yaxın davam etdiyini bildiriblər.
İlkin məlumata görə, zəlzələ nəticəsində təlafat barədə informasiya yoxdur.

Qaynar.info