Dünya 14:21 09.12.2018

Pakistanda terror: ölü və yaralılar var

Pakistanın Kəraçi şəhərində partlayış törədilib.

Qaynarinfo xəbər verir ki, hadisə Məhəmməd Peyğəmbərin doğum ili münasibətilə təşkil edilən tədbirdə baş verib. Cinayətkar motosikletlə kütlə arasına əl bombası atıb. Nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Tədbirdə iştirak edən rabitə texnologiyaları və telekommunikasiya naziri Məqbul Sidiqqi xəsarət almayıb.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!