Siyasət 19:07 04.09.2018

Pakistanda yeni prezident kim oldu?

Pakistanda 13-cü prezident seçkiləri yekunlaşıb. Trend-in məlumatına görə, seçkilərdə Arif Alvi səs çoxluğu ilə ölkənin yeni prezidenti seçilib.

Xatırladaq ki, ölkə prezidentliyinə namizədliyini 3 nəfər irəli sürüb.

Pakistanın hazırki prezidenti Məmnun Hüseyn ikinci müddətə prezident seçilmək üçün namizədliyini verməkdən imtina edib.