Texnologiya 15:38 06.10.2017

Paltarları online şəkildə geyinmək mümkün olacaq (VİDEO)

"Amazon" şirkəti moda sahəsində inqilabi dəyişikliyə imza atmağa hazırlaşır.

"Qaynarinfo" "Tech Crunch"a istinadən xəbər verir ki, şirkət "Body Labs" adlı startup layihəsini alıb. Layihə 3D bədən forması üzərində çalışır, bədən və hərəkətləri analiz edən tətbiqetmələr hazırlayaraq digər şirkətlərə satır. Lakin "Amazon" bu şirkət vasitəsilə satılan geyimləri virtual formada geyinərək necə göründüyünə baxmağı mümkün etməyi hədəfləyir. 

2013-cü ildə Nyu Yorkda qurulmuş şirkətin "Amazon" tərəfindən təxminən 70 milyon dollara alındığı deyilir.


Gülşən

Qaynarinfo.Az