Foto 10:47 04.02.2019

Papa Ərəbistan yarımadasına tarixi səfər gerçəkləşdirdi (FOTOLAR)

Roma Papası Fransis ötən gün Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfər gerçəkləşdirib.

Qaynarinfo xəbər verir ki, Papa Ərəbistan yarımadasına ilk dəfədir səfər edir. Ötən gün axşam saat 10 radələrində Əbu Dabiyə gələn Katolik Kilsəsinin rəhbəri 3 gün BƏƏ-də qalacaq. Papa müxtəlif din xadimlərinin iştirak edəcəyi dini tədbirdə nitqlə çıxış edəcək, sabah isə 130 min xristianın iştirak edəcəyi dini ayinə rəhbərlik edəcək.

Gülşən