Papure:

Papure: "Necə oynayacağımızı sabahkı matçda görəcəksiniz"

"Heç vaxt fikirləşməməliyik ki, mərhələni keçmişik. Belə düşünsək, böyük səhv etmiş olarıq. Ən yaxşısı, maksimum konsentrasiyanı qorumaqdır".

Qaynarinfo xəbər verir ki, bunu "Universitatya"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. 

46 yaşlı mütəxəssis bildirib ki, "Səbail"in bir yox, bütün oyunçularına qarşı maksimum konsentrasiya olunmaq lazımdır: "Onların bizə qolları necə vurduqlarına nəzər yetirək. Bu, o deməkdir ki, müdafiə olunarkən diqqətli olmalıyıq".

Papure zədəli oyunçular səbəbindən "11-liy"i qurmaqda çətinlik çəkdiyini söyləyib. O, optimal start heyəti qurmağa və heyətdə ulduz futbolçu Çikolotanın da yer almasına çalışacaqlarını əlavə edib.

Baş məşqçi mərhələ keçməyəcəkləri təqdirdə heç bir bəhanələrinin olmayacağını vurğulayıb: "Biz maksimum oyuna köklənməliyik. Çempionat oyununda asan qollar buraxdıq. Çalışmalıyıq ki, belə hallar təkrarlanmasın".

Papure Avropa Liqasında əsas heyəti qurmağın limit olmaması səbəbindən asanlığını dilə gətirib. O, azarkeşlərin istefa tələblərini gözləmədiklərini də deyib: "Biz çempionat oyununda təzyiqlər altında idik. Azarkeşlər sonadək bizi dəstəkləməlidirlər. Halbuki biz uzatma dəqiqələrində qələbə topunu vurduq".

Baş məşqçi hazırda bütün diqqətlərini "Səbail"lə matça yönəltdiklərini də bəyan edib. O, Buxarest "Dinamo"su ilə növbəti tur görüşünü düşünmədiklərini vurğulayıb: "Azarkeşlərin necə reaksiya verəcəklərini bilmirəm. Sabah öz oyunumuzla onları məmnun etməyə çalışacağıq. Necə oynayacağımızı sabahkı matçda görəcəksiniz". (report.az)
 
Fanat.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR