Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilib.

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, prezident ölkənin paytaxtı Karakasda hərbi paradda çıxış edən zaman bomba ilə yüklənmiş "drone" Maduronu hədəf alıb. Nəticədə böyük partlayış meydana gəlib və 7 əsgər yaralanıb. Nikolas Maduro hadisə zamanı yaralanmayıb və dərhal ərazidən uzaqlaşdırılıb. 

Özlərini "Flanel əsgərlər" adlandıran qrup hücumu həyata keçirdiyini açıqlayıb.

Gülşən