Dünya 14:04 21.05.2018

Paraqvay səfirliyini Qüdsə köçürdü

ABŞ və Qvatemaladan sonra Paraqvay da İsrail səfirliyini Tel-Əvivdən Qüdsə köçürdü.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, səfirliyin açılış mərasimində Paraqvay rəhbəri Horasio Kartes və İsrailin baş naziri Benyamin Netanyahu iştirak edib.

Qeyd edək ki, 6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı və 1 may 2018-ci ildə səfirlik bu şəhərə köçürüldü. Daha sonra Qvatemala da səfirliyin Qüdsə köçürülməsi barədə qərar qəbul etdi. 

Gülşən