Dünya 12:30 09.08.2017

Parisdə avtomobil insanların üstünə sürüldü: yaralananlar var

Fransanın paytaxtı Parisdə BMW markalı maşın əsgərlərin üzərinə sürülüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Levallois-Perret" bölgəsində baş verən hücum nəticəsində 6 nəfər yaralanıb. 

Hadisənin kim tərəfindən törədildiyi və səbəbi bilinmir. 

Qeyd edək ki, bu il ərzində Fransada bir neçə dəfə bu tip hadisə və hücumlar baş verib. Bir müddət əvvəl Kamp Eliyes bulvarı və Notr Dam kilsəsi yaxınlığında polis və əsgərlərə hücum təşkil edilmişdi. 

Gülşən

Qaynarinfo.Az