Foto 16:23 12.01.2019

Parisdə güclü partlayış: 5 ölü, 41 yaralı var (FOTO/YENİLƏNİB)

Fransa daxili işlər naziri Erik Kastaner çörək dükanında baş verən partlayışda ölənlərin sayının 5 nəfər olduğunu açıqlayıb.
 
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, partlayış zamanı 17 nəfər ağır, 24 nəfər isə yüngül xəsarət alıb. Yaralılardan 5-inin vəziyyəti xüsusilə ağırdır, onlardan 2-si yanğınsöndürəndir.
 
***13.53 

Parisdə baş verən partlayış nəticəsində xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Partlayışın çörək dükanında qaz sızması nəticəsində baş verdiyi və hadisədən sonra güclü yanğın çıxdığı bildirilir. Yeni partlayışlardan çəkinən polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edir.

Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib. 

***12.44 
 
Fransanın paytaxtı Parisdə böyük partlayış meydana gəlib.

Qaynarinfo Mirror-a istinadən xəbər verir ki, partlayışın "Rue de Trevise" küçəsindəki mağazada baş verdiyi ehtimal edilir. Hadisə yerinə təhlükəsizlik əməkdaşları cəlb edilib.

İtki barədə hələlik məlumat yoxdur.

Gülşən