Fransanın paytaxtı Parisdə 8 mərtəbəli binada yanğın meydana gəlib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hadisə 7 nəfərin həyatına son qoyub, 1-i ağır olmaqla 30 yaralı var. Yaralılardan 3-ü yanğınsöndürəndir. Zərərçəkənlərin sayının artması istisna edilmir. 

Hadisə yerinə 200 yanğınsöndürən cəlb edilib.

Gülşən