Dünya 22:03 26.07.2013

Parlament binasına bomba qoyulması xəbəri yayıldı

Bu gün yerli vaxtla saat 16.00-da Gürcüstan Parlamentinin binasında parladıcı maddə yerləşdirilməsinə dair hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

ANN.Az portalı "Livenews.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı naməlum kişi verib. 

Bundan dərhal sonra hüquq-mühafizə orqanları deputatların, eləcə də parlamentdə çalışan bütün işçilərin evakuasiyasına dair qərar verib. 

Hazırda evakuasiya işləri tamamlanıb və binada xüsusi xidmət orqanları parladıcı maddənin axtarışını həyata keçirir.

Qeyd edək ki, Gürcüstan parlamentinin binası Kuraisi şəhərində yerləşir, deputatlar bu şəhərdə 2012-ci ildən fəaliyyət göstərirlər.