Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 22 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib".

MSK sədri bildirib ki, hazırda bu proses davam edir və rəqəmlər artacaq.
XƏBƏRLƏR
BLOGLAR