Dünya 16:46 04.09.2013

Parlament Suriyaya dəstək bəyanatı qəbul etdi

İran parlamentinin deputatları Suriyaya dəstək bəyanatı qəbul ediblər.
 
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, sənədi 170 millət vəkili imzalayıb.
 
Bu gün İran parlamentində səsləndirilən bəyanatda dünya ictimaiyyətinin Suriya xalqının müxalif qüvvələr tərəfindən qətlə yetirilməsinə səssiz qalması pislənilib. Sənəddə həmçinin iranlı deputatlar ölkənin siyasi iradəsi istiqamətində hərəkət edərək, suriyalı qardaşları ilə bərabər zülmə qarşı canlarını fəda etməyə və dünyanı imperialist zülmündən təmizləməyə hazır olduqlarını vurğulayıblar.

Qaynar.info