Siyasət 22:30 26.12.2018

Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək

Parlamentin payız sessiyasının dekabrın 28-də keçiriləcək sonuncu iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına (Dostluq Qruplarına) yeni rəhbərlərin seçilməsi məsələsinə baxılacaq.

Hazırda beş parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Sonuncu plenar iclasda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqlənəcək.

Bundan əlavə, payız sessiyasının sonuncu iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi irəli sürülməsi məsələsinə baxılacaq.

Digər iki qrupun rəhbəri isə  2019-cu ilin yaz  sessiyasında seçiləcək. (oxu.az)