Dünya 13:10 03.09.2013

Parlamentin qarşısında etiraz aksiyası keçirildi

İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

APA-nın məlumatına görə, sentyabrın 2-də Tehran şəhərində məktəbəqədər təhsil (bağça) və digər təlim-tərbiyə müəssisəsinin işçiləri məşğulluq vəziyyətləri ilə bağlı yaranmış problemə etirazlarını bildiriblər. Piket iştirakçıları dörd il əvvəl işdən azad edilmələri və təlim-tərbiyə müəssisələri ilə əməkdaşlıqlarına son qoyulmasından narazıdırlar. Bu addım İranın keçmiş məktəbəqədər təhsil və təlim-tərbiyə naziri Həmid Hacıbabayinin dövründə atılıb. Aksiya iştirakçıları əvvəlki iş yerlərinə qaytarılmalarını, İran Əmək, Kooperativlər və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlarla əmək müqaviləsi bağlamasını və sığorta ilə təmin edilmələrini istəyiblər.

Qaynar.info