Dünya 12:53 30.04.2013

Partlayış kiçik qızcığazın mahnısını yarımçıq kəsdi (VİDEO)

Suriyanın paytaxtı Dəməşq şəhərindəki bazarlardan birinin qarşısında kameralar önündə mahnı oxuyan kiçik bir qızın mahnısını yaxınlıqda partlayan bomba kəsib.

Qaynar.info-nun məlumatına görə, partlayan uzaqdan atılmış minaatan mərmisi olub. Camaatın sıx yerinə düşən mərmi onlarla insanı öldürüb və yaralayıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, mahnı oxuyan qız xoşbəxtlikdən sağ qalıb.

Qaynar.info