Siyasət 21:10 24.04.2018

Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram

Ermənistanın müxalifət lideri Nikol Paşinyan bəyan edib ki, baş nazir olmağa hazırdır.

Qaynarinfo xarici mediyaya istinadən xəbər verir ki, bu barədə fikirləri Paşinyan özü səsləndirib:

"Əgər xalq üzərimə məsuliyyət qoydusa, mən baş nazir olmağa hazıram. Böyük ehtimalla bu belə də olacaq".

Müxalifət lideri həmçinin bəyan edib ki, Ermənistanın baş nazirini "Respublika" partiyası yox, xalq seçməlidir. Hakimiyyət artıq xalqın əlindədir və obrazlı desək, müqavimət faydasızdır