Ölkə 19:10 09.05.2018

Paşinyan Xankəndində: "Türkiyənin Qarabağ tələbi məntiqsizdir"

"Bilirsiniz ki, şərtləri Türkiyə irəli sürür. "Türkiyənin tələbi məntiqsizdir". Ona görə ki, hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkə barədə şərtləri irəli sürmək məntiqsizdir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Xankəndində mətbuat konfransı keçirən Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Yeni baş nazir öz açıqlaması ilə köhnə siyasətdən vaz keçməyəcəklərini nümayiş etdirib: 

"Biz öz mövqeyimizdə qalırıq və şərtlərsiz münasibətləri qurmağa hazırıq. Eyni zamanda, erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq".

Qeyd edək ki, Türkiyə Dağlıq Qarabağ problemi həll olunmadan və Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən Ermənistanla əlaqələri bərpa etməyəcəyini açıqlayıb.