Siyasət 22:15 30.10.2018

Paşinyan yeganə namizəd oldu

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yeganə namizəd olub.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Knyaz Saroyan bildirib:

"Namizədlik irəli sürmə müddəti başa çatıb. Baş nazir postuna iddialı Paşinyandan başqası yoxdur”. 

Oktyabrn 24-də parlament Paşinyanın hökumət rəhbərliyinə namizədliyini rədd etmişdi. Paşinyan oktyabrın 16-da postundan istefa verib.