Siyasət 21:52 23.04.2018

Paşinyan yeni baş nazirin təyin edilməsi haqqında

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bildirib ki, ölkənin yeni baş naziri həftə ərzində təyin olunmalıdır.

Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Paşinyan deyib: "Xalqın arasından çıxmış baş nazir yaxın həftə ərzində təyin olunmalıdır. Bundan sonra müvəqqəti hökumət yaradılacaq və növbədənkənar parlament seçkiləri təyin ediləcək”.

O əlavə edib ki, hakimiyyətlə danışıqların gedişində Paşinyana baş nazir Sarkisyanın istefasının bir ay müddətinə, yaxud oktyabr ayına qədər təxirə salınması təklif olunub. Lakin o, israrla bildirib ki, məsələ yaxın iki saat ərzində həllini tapmalıdır.