Ölkə 17:17 03.05.2013

Paylaşmaq mədəniyyəti


Seymur Baycan


Azad Yazarlar Ocağınınüzvlərinin esselərindən, hekayələrindən, şeirlərindən ibarət bir almanaxnəşr etmək istəyirdik. Almanaxın nəşri üçün maliyyə problemini həlletmək məqsədilə ərkimiz çatan dostlara müraciət etdim. Üstəlik,"Azadlıq" qəzetində yazı yazıb adamlara müraciət ünvanladım ki, aycamaat, belə bir almanax nəşr etmək fikrimiz var, amma bir az köməklazımdı. Yazının altına telefon nömrəmi də qeyd etmişdim. Əgər kimsəkömək etmək istəsə, əlaqə saxlaya bilsin deyə. Yazı dərc edilən güntelefonuma zəng gəldi. Yaşlı bir qadın idi. Tələsə-tələsə danışırdı.

Anladımki, bu onun danışıq forması deyil, sadəcə, vəziyyət onu belə tələsikdanışmağa məcbur edir. Üstəlik, şəhər nömrəsindən zəng etmişdi. Qadındedi: "Seymur, oğlum, mən pensiyaçıyam, sizə çox kömək edə bilməyəcəm,amma almanaxın nəşri üçün beş manat yardım edə bilərəm".

Buzəng, qadının danışığı məni o qədər kövrəltdi ki, donub qaldım.Bilmədim necə reaksiya verim. Dilim tutuldu, birtəhər "çox sağ olun, sizbu zənglə artıq öz yardımınızı ən yüksək səviyyədə etmiş oldunuz",-deyə bildim. Özü də titrək səslə. Mən bilmədim o qadın kimdi. Bəlkə dəüzünü görmədiyim, yalnız səsini eşitdiyim o qadın artıq dünyadan köçüb. Oqadının zəngi, səsi, ümumiyyətlə, o gün xatirəmdə ən işıqlı və kədərlibir yerdə dayanmaqdadı. Hər dəfə o günü xatırlayanda kövrəlirəm vəİncildən bir söhbəti xatırlayıram. İsa peyğəmbər dayanır məbədinqarşısında. Görür ki, bir qoca qarı ianə qutusuna ən kiçik miqdarda pulatdı. İsa peyğəmbər deyir: "Sizə doğrusunu deyirəm, o qadın hamıdan çoxverdi. Çünki o biriləri artıq qalanından verdilər, o isə olanını verdi".

İndixalqımızın, ümumiyyətlə, müsəlmanların halından və vəziyyətindənşikayətlənmək az qala bütün söhbətlərin mövzusudu. Biz belə söhbətlərihər yanda eşidə bilərik. Toyda, yasda, yolda, evdə, tədbirlərdə, dostməclislərində... Amma gəlin görək biz bu vəziyyətdən çıxmaq üçün hərəkətetməyin vacib bir əməl olduğunu anlaya bilmişikmi? Bir vedrə arağıortaya qoyub lülə, tikə kababı, dana basdırması yeyə-yeyə xalqınvəziyyətinin acınacaqlı olmağından danışmaqla iş bitmir. Sadəcə, hərəkətetmək lazımdı, hərəkət. Bu mənada özünü hətta ən zəif hesab edə biləninsan da prosesə öz töhfəsini verə bilər. Necə? Çox sadə. Uşağına imkandaxilində kitab, dəftər almaqla, imkan daxilində təhsil verməklə. Birdəfə toyda xərclədiyi pulu övladının mədəniyyəti mənimsəməsi yönündəxərcləməklə. Elə bu yazını oxuyanlar vicdanla düşünsünlər ki, uşaqlarınınə vaxt muzeyə, teatra, kinoya, kitab mağazasına aparıblar? Oğlanuşaqlarının əyinlərinə balaca kostyum, ayaqlarına balaca tufligeyindirib, boyunlarına balaca qalstuk taxıb, qız uşaqlarının saçınıburuq-buruq edib şadlıq evlərini gəzdirməklə valideyn borcunuzdançıxdığınızı düşünürsünüz. Əslində isə mədəniyyətdən uzaq, dünyadanbixəbər varlıqlar böyütməkdəsiniz. Deməyin imkan yoxdu. İmkan yoxdursa,qoy toya da pul tapılmasın. İmkan yoxdursa, qoy, bahalı qəbir daşına dapul tapılmasın. Amma ölülərə xərclədiyiniz pulun 10 faizini özövladınızın gələcəyi üçün xərcləməyə canınız çıxır. Biri ölən kimihardan olsa, pul tapıb bahalı qəbir daşı düzəldirsiniz, amma o pulun 10faizini gələcək üçün xərcləməyə əliniz gəlmir. Sonra bir vedrə arağıortaya qoyub dana basdırması yeyə-yeyə xalqın pis vəziyyətdə olmasıhaqqında uzun nitqlər irad edirsiniz.

Ən böyükproblemlərdən biri paylaşmaq mədəniyyətinin olmamasıdı. Moskvada birdostum yaşayır. Deyir, azərbaycanlıların yığışdığı bir kafe var.Azərbaycanda nəsə olmuşdu, kafedə bərk müzakirə gedirdi. Millət elə,xalq belə... Hamıya aydın olan süjetdə yorucu söhbətlər... Dostum deyir,çıxarıb 50 dollar qoydum masanın üstünə, dedim, hərə imkanı daxilindəbir az qoysun ortaya, göndərək vətənə. Hərə bir bəhanə gətirdi, aradançıxdılar bir-bir. Axşam isə gedib restoranda dollarları tökdülər rusqızlarının başına.
Mən bu adamın danışığına inanıram. Çox imkanı olmasa da, bizə hansı kitab lazım olubsa, tapıb göndərib.

Özümdə belə mənzərənin şahidi olmuşam. Peterburqda restoranda birazərbaycanlı, rus qızlarının başına dolları yağış kimi tökürdü. Dostumhəmin adamı mənə göstərib dedi ki, bu adamı nənəsi böyüdüb. İndi nənəsirayonda acından ölür. Ayda o arvada iki yüz dollar pul göndərməyə canıçıxır.
Belə əhvalatlar çoxdu. Birini də yazım ürəyim bir azsoyusun. Bir nəfər vardı. Anası acından ölürdü. Dilənçi vəziyyətinədüşmüşdü. Arvad öldü. Pah, bu arvada bir ehsan verdilər. Masanın üstündəhər cür nemət vardı. O nemətlərdən yazıq arvad bu dünyada yeyə bilmədi.Nəyə lazımdı öləndən sonra bu cür ehsan süfrəsi? Kimin üçündü? Yalnızbaşqaları üçün. Bu mənada Azərbaycan əhalisinin böyük çoxluğu özü üçünyaşamır, başqaları üçün yaşayır. Qonşular, iş yoldaşları üçünbaşdan-başa, büsbütün saxta bir həyat yaşamaqdadırlar.

Ötənəsrin əvvəllərində də vəziyyət təxminən eyni cür olubdu. İndi bir çoxadamın xeyriyyəçiliyi haqda miflər, şişirdilmiş söhbətlər dolaşmaqdadı.Sağ olsunlar, ediblər, amma o dövrdən az-çox xəbərdar olanlar bilirlərki, bizim milyonçuların xeyriyyəçiliyə xərclədiyi pullar eyş-işrətə,əyləncəyə xərclədiyi pulların yanında qəpik-qurşu olubdu. Mirzə Cəlilonları general "kokarda"sı almaq üçün xeyriyyəçiliklə məşğul olanmilyonçular adlandırırdı. Çünki onları millətin vəziyyəti o qədər dənarahat etmirdi, onlar ruslara yarınmaq üçün bir az təhsilə-filana pulxərcləməyə məcbur idilər. Mən detallara varıb qan qaraltmaq istəmirəm,zatən bilənlər bilir.

Məhz buna görə MirzəCəlil onlara general "kokarda"sı almaq üçün xeyriyyəçilik edənlər adıqoymuşdu. Hardan bilmək olar, bəlkə də yüz ildən sonra RövnəqAbdullayevin, Kəmaləddin Heydərovun, Ziya Məmmədovun da adı xeyriyyəçikimi hallandı. Ki, filan rayonda filan məktəbə 10 ədəd parta alıblar.Tarixin belə zarafatları çox olub və yəqin ki, gələcəkdə də olacaq.

Bəli,bizdə paylaşmaq mədəniyyəti deyilən bir mədəniyyət yox dərəcəsindədi.Bunun bir çox səbəbləri var. Səbəblərdən biri odur ki, adamlar sadəcə,belə bir mədəniyyətin nəinki vacibliyindən, hətta varlığından beləxəbərləri yoxdu. Məsələn, onlar bilmir ki, əgər sən pul qazanmağıbacarırsansa, bir başqası pul qazanmırsa, amma vacib bir işlə məşğulolursa, ona yardım etmək lazımdır.

Stefan Sveyqyazır: "Vyanada yaşayan yəhudilərin çoxu ticarətlə məşğul idi. Onlarnəsillərindən çıxan sənət adamlarına yardım edib, onu bütün nəslin vizitkartına çevirirdilər. Bununla həm də yəhudilərin təkcə ticarətlə,bankirliklə məşğul olmadığını göstərmiş olurdular".

Bax,paylaşmaq mədəniyyəti budur. Biri bankirdi pul qazanır, o biri tutaqki, rejissordu. Bankir rejissora yardım edib, onu öz nəslinin vizitkartına çevirir. Bizdə isə pul qazana bilməyən adamın üstünə hamıtökülüşür ki, sən niyə pul qazana bilmirsən? Onu nəslin ən əfəl adamısayırlar.
Heç kim paylaşmaq istəmir. Dindar din adınapaylaşmaq istəmir. Qonşusu ac ikən çox rahat yatır. Millətçi millətadına paylaşmaq istəmir. Danışır, qeybət edir, amma ortaya konkretməsələ qoyulanda Sədi Şirazidən şeir deyir. Əgər əmilərin, dayıların,ataların xalqımızın gələcəyi haqqında deyilmiş tostlara qaldırdıqlarıbadələrin içindəki araqları bir yerə toplayıb satmaq imkanımız olsaydı,görərdik ki, həmin arağın puluna yüz universitet açmaq, xaricdə əlli mintələbə oxutmaq olardı. Keçmişdə də belə olub, indi də belədi.

Həsənbəy Zərdabi 1872-ci ildə Şuşaya gəlir. O zaman Şuşada ermənilərin birxeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyətə Tiflisdə ermənicəçap olunan "Misak" qəzetinin redaktoru erməni Arusruni rəhbərlik edirdi.Zərdabi Arusruninin razılığı ilə onun qərargahında bir məclis təşkiledir. Qarabağ bəylərini də dəvət edib onlara məqsədi və cəmiyyət haqdadanışır. Amma bəylər hərəsi bir bəhanə ilə aradan çıxır.

Həminməclisdə ermənilər də iştirak edirmişlər. Qoca bir erməni Arusruniyəyaxınlaşıb deyir ki, ömrünün 50 ilini İsa bulağından su daşıyıb Şuşabazarında satmaqla məşğul olub: - Bu 50 il ərzində 900 rubl pul tədarüketmişəm. Bunu bağışlayıram sizin cəmiyyətə, qoy, erməni balalarımaariflənsin, təhsil alsın, onda rahat ölərəm.

Bu mənzərənin şahidi olan Zərdabi yazır: "Suçu Mıkırtıcda olan milli qeyrət bütün Qarabağ bəylərində yox idi".

Kultura.az